AZ

Lənkəranda qəzada 49 yaşlı velosipedçi öldü

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Liman şəhər sakini 2005-ci il təvəllüdlü Cavid Səfərli idarə etdiyi “Toyota Prius” markalı minik maşını ilə hərəkət edərkən velosipeddə olan rayonun Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub.

R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr