AZ

ABŞ Si-Modi-Putin görüşünü şərh etdi

BAKI, 2.sentyabr. TELEQRAF

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş nümayişkaranə xarakter daşıyır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.

"Hesab edirəm ki, bu, bir çox cəhətdən nümayişkaranə xarakter daşıyır... Nəticə etibarilə, Hindistan dünyanın ən sıx əhaliyə malik demokratiyasıdır. Onların dəyərləri bizimkilərə daha yaxındır", - o bildirib.

Eyni zamanda, nazir Vaşinqton və Nyu-Dehli arasında ticarət danışıqlarının ləng getdiyini etiraf edib, lakin sonda uğurlu olacağına və tərəflərin ziddiyyətləri həll edə biləcəyinə ümidvar olduğunu deyib.

Seçilən
22
teleqraf.com

1Mənbələr