AZ

İrlandiya Ukraynada sülhməramlı missiyada iştirak etmək niyyətindədir

İrlandiyanın baş naziri Maykl Martin ölkənin Ukraynadakı sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu bəyan edib...

Poliqon bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.

Martin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında deyib: “İrlandiya qeyri-öldürücü hərbi yardım da daxil olmaqla “istəklilərin koalisiyasını” dəstəkləməyə və BMT Nizamnaməsi ilə mandat verilən sülhməramlı əməliyyatlarda iştirak etməyi nəzərdən keçirməyə hazırdır”.

O, həmçinin vurğulayıb ki, Dublin Kiyevin Avropaya inteqrasiyasını təşviq etmək üçün digər dövlətlərlə əməkdaşlığı davam etdirəcək.

Poliqon.info
 
 

 

Seçilən
45
poliqon.info

1Mənbələr