AZ

"Milçək" aclıq aksiyasına başladı

Fransanın əsasən təhlükəli narkotik alverçiləri üçün nəzərdə tutulan ilk xüsusi həbsxanasında cəza çəkən məhbuslar aclıq aksiyasına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Qəzetin mənbəsinin məlumatına görə, kameralar su altında qaldıqdan bir neçə gün sonra Pas-de-Kale bölgəsindəki Venden-le-Vieil həbsxanasının birinci blokunda iyirmidən çox məhbus aclıq aksiyasına başlayıb.

Onlar bu “super həbsxana”ya köçürülmələrinə və saxlanma şəraitinə etiraz edirlər. Etirazçılar arasında Marsel narkotik kartelinin rəhbəri, “Milçək” kimi tanınan Məhəmməd Əmra da var. Fevral ayında o, Fransa həbsxanasından qaçdıqdan 9 ay sonra Rumıniyada saxlanılıb.

Pas-de-Kaledəki xüsusi həbsxanaya narkotik alverçilərinin ilk qrupu İyul ayında yerləşdirilib. Avqustun əvvəlində Fransanın ədliyyə naziri Gerald Darmanen bildirmişdi ki, müəssisə doludur, orada 88 nəfər cəza çəkir.

Seçilən
55
3
publika.az

4Mənbələr