AZ

Keçmiş dünya çempionu Braziliyada həbs edilib

Formula 1-in keçmiş pilotu Tarso Markes Braziliyada nəzarətə götürülüb...

Poliqon bu barədə F1news nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, sürücü lüks avtomobilə qanunsuz sahiblik etdiyi üçün həbs edilib. O, Lamboghini Gallardo-nun sükanı arxasında Sao Paulo ətrafında hərəkət edirdi, baxmayaraq ki, avtomobildə dövlət nömrə nişanları yoxdur.

Polis Markesi saxlayıb və adi sənəd yoxlaması zamanı asayiş keşikçiləri Tarsonun bu avtomobilə olan borcunu hələ də ödəmədiyini bildiriblər. Məbləğ 1,3 milyon Braziliya realı olub - təxminən 239 min dollar. İdmançı həbs edilib, onu daha hansı prosedurların gözlədiyi açıqlanmır.

Poliqon.info

Seçilən
61
poliqon.info

1Mənbələr