AZ

Qadın musiqi festivalı zamanı uşaq dünyaya gətirdi

BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ sakini Keyla Tompson "Burning Man" festivalı zamanı qəflətən uşaq dünyaya gətirib.

Teleqraf xəbər verir ki, hadisə qadın və həyat yoldaşı hər il Nevada səhrasında keçirilən məşhur musiqi festivalında tamaşaçı kimi iştirak edərkən baş verib.

Qəflətən qarnının aşağı nahiyəsində güclü ağrılar hiss edən Keyla bir neçə saat sonra gözlənilmədən çəkisi 1,6 kq olan sağlam qız uşağı dünyaya gətirib.

Doğuşdan sonra Keylanın həyat yoldaşı festival iştirakçılarından kömək istəyib. Tezliklə onların arasında mamaça, pediatr və ginekoloq tapılıb. Onlar anaya və körpəyə lazımi yardım göstəriblər. Daha sonra ana və yeni doğulmuş körpəsi festivalın tibb mərkəzinə çatdırılıb, sonra isə Rino şəhərindəki xəstəxanaya köçürülüblər.

Tompson etiraf edib ki, heç bir simptom və xarici əlamət hiss etmədiyindən hamilə olduğunu bilməyib.

Seçilən
6
teleqraf.com

1Mənbələr