AZ

"Liverpul" "Nyukasl"ın hücumçusunu transfer edib

"Liverpul" "Nyukasl"ın hücumçusu Aleksandr İsakı transfer edib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu "qırmızı-qaralar"la 145 milyon avroya 6 illik müqavilə imzalayıb ki, bu da Premyer Liqa tarixində rekord transfer olub.

İsak 2022-ci ildən "Nyukasl"da çıxış edir. O, komandanın heyətində bütün yarışlarda 109 oyun keçirib, 62 qol vurub və 11 məhsuldar ötürmə edib. İsveçli hücumçu 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.

Hücumçu daha əvvəl "Real Sosyedad", "Villem", "Borussiya" və AİK-də çıxış edib.

Seçilən
16
operativmedia.az

1Mənbələr