AZ

Dövlət işçilərinə “WhatsApp” və “Telegram” qadağan edildi

Fransada dövlət işçiləri, o cümlədən nazirlər təhlükəsizlik baxımından Fransa hökuməti tərəfindən hazırlanmış “Tchap” mesajlaşma proqramından istifadə etməlidir.

“Le Figaro” qəzetinin yazdığına görə, Fransa hökuməti təhlükəsizlik baxımından dövlət işçilərinə “Telegram” və “WhatsApp” kimi mesajlaşma proqramlarını işlətməyi qadağan edib.

Hökumət tərəfindən hazırlanmış “Tchap” proqramı dövlət işçiləri arasında təhlükəsiz ünsiyyəti təmin etməyə xidmət edəcək.

//lent.az

Seçilən
41
editor.az

1Mənbələr