Bakı. Trend:
Fələstin Milli Administrasiyası (FMA) Qəzza zolağınınidarəçiliyini öz üzərinə götürməyə hazırdır, lakin eyni zamanda, buişdə xarici tərəfdaşların iştirakına etiraz etmir.
Trend-in məlumatına görə, bu barədə Administrasiya sədri MahmudAbbas ərəb KİV-lərin müsahibəsində bildirib.
"Qəzzanın idarə olunmasında ərəb və ya digər beynəlxalqtərəfdaşlığa etirazımız yoxdur", - deyə o qeyd edib.
O bildirib ki, FMA “Qəzzanın idarəçiliyini öz üzərinə götürməyəhazırdır və bunu etmək üçün bizim hər cür imkanımız var”.
Müsahibəsində Abbas yenidən İsraili Fələstin dövlətininyaradılmasına əngəl olmaqda günahlandırıb və əlavə edib ki, o,“bütün Fələstini məhv etmək istəyir”.