AZ

Ölkəmizdə dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq?

“2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir”.

Bu barədə Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumatda bildirilib.

“Tədris sentyabrın 15-də başlayacaq. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula 1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”, - rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, Formula 1 yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilirdi.

Seçilən
99
1
sportinfo.az

10Mənbələr