AZ

Azərbaycanda yaxın aylarda ət kəskin bahalaşacaq

Son müşahidələrə əsasən ölkədə ətin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Ət kəsim məntəqələrində bir növ qıtlıq yaşanır. Eyni zamanda, qiymətlərdə də artım müşahidə olunur. Artıq mal əti 17, quzu əti isə 24 manata təklif edilir.

Maraqlıdır, mövcud qıtlığın və qiymət artımının səbəbi nədir?

Bu və digər suallarla müraciət etdiyimiz kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Publika.az-a açıqlamasında sözügedən problemin əsas səbəblərindən danışdı.

Onun sözlərinə görə, ölkədə ət qıtlığının yaşanmasının arxasında 4 əsas faktor dayanır:

“Azərbaycanda xüsusilə xırdabuynuzlu heyvanların sayı kəskin şəkildə azalıb. Bu da ölkədə ət məhsullarının, xüsusilə quzu və qoç ətinin bahalaşmasına səbəb olub. Hazırda bəzi yerlərdə quzu ətinin qiyməti 30 manata qədər yüksəlib.

Son 5 ildə xırdabuynuzlu heyvanların sayı təxminən 1,7 milyon baş azalıb ki, bu da 20 faizdən çox azalma deməkdir. Bunun əsas səbəbləri kimi aşağıdakı faktorları göstərmək olar:

Yem qıtlığı: Ölkədə heyvandarlıq üçün lazım olan yemlərin istehsalı kifayət qədər deyil. Otlaq sahələrində məhsuldarlıq aşağı düşüb. Əgər əvvəl xırdabuynuzlu heyvandan 15-16 kilo ət almaq olurdusa, artıq bu, mümkün deyil. Həmçinin, əvvəl bir heyvan qısa müddətdə yetişdirilirdisə, artıq yem qıtlığı səbəbindən daha uzun müddət lazım olur.

Təbii otlaq-örüş sahələrinin zəbt edilməsi: İmkanlı şəxslər, məmurlar örüş və biçənək sahələrini özəlləşdirərək villalar və istirahət zonaları tikirlər. Artıq heyvandarlıq sahəsi demək olar ki, onların əlindədir. Kəndlilər artıq məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verir, ya da satırlar. İşbazların məqsədi əllərində az sayda heyvan saxlayıb, daha yüksək qiymətə satıb, daha çox qazanc əldə etməkdir. Bu isə kənd təsərrüfatına zərbə vurur.

Seçilən
87
4
publika.az

5Mənbələr