AZ

Məşhur ticarət mərkəzində güclü yanğın bu ölkədə

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstanbulun Bağcılar rayonunda yerləşən İSTOÇ Ticarət Mərkəzində güclü yanğın baş verib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə mərkəzin 10-cu blokunda plastik məmulatlar satılan mağazada başlayıb.

Alov qısa müddətdə digər mağazalara da yayılıb və bəzi obyektlərdə kiçik partlayışlara səbəb olub.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi və zərərin miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
bakivaxti.az

1Mənbələr