AzVision.az xəbər verir ki, Suriyanın Energetika nazirliyinə istinad edən “Reuters” agentliyi belə mıəlumat yayıb.
“2010-cu ildə Bəşər Əsəd rejiminə qarşı etirazlardan əvvəl Suriya gündə təxminən 380 min barrel neft ixrac edirdi. 14 ilə yaxın davam edən müharibə ölkənin iqtisadiyyatını və infrastrukturunu, o cümlədən neft hasilatını iflasa uğradıb. Ötən dekabrda Əsəd devrildikdən sonra yeni hökumət Suriya iqtisadiyyatını canlandıracağına söz verib”,- agentlik yazır.
Suriya Energetika nazirliyinin neft və qaz üzrə direktorunun köməkçisi Riyad əl-Cubasi bildirib ki, xam neft qlobal neft ticarəti sahəsində tanınmış “BB Energy” şirkəti ilə əlaqəli “B Serve Energy” şirkətinə satılıb.
- İxrac olunan neft ölkənin bir neçə yatağında hasil edilib və “Nissos Christiana” tankeri ilə yola salınıb”,- Suriyanın Energetika nazirliyinin yazılı açıqlamada vurğulanır.
Qeyd edək ki, Suriyanın neft yataqlarının əksəriyyəti ölkənin şimal-şərqində, kürdlərin nəzarəti altındakı ərazidə yerləşir. Bu ilin fevral ayında kürd hakimiyyəti Dəməşqdəki mərkəzi hökumətə neft tədarük etməyə başladı, lakin inklüziv münasibətlər və azlıqların hüquqları ilə bağlı narahatlıqlar səbəbindən sonradan vəziyyət pisləşdi.
İyun ayında ABŞ prezidenti Donald TrampSuriyaya qarşı sanksiyaların ləğvi barədə sərəncam imzaladıqdan sonra Amerika şirkətləri Suriya neft və qazının kəşfiyyatı və hasilatı üçün baş plan hazırlamağa başlayıb.
Maraqlıdır ki, Tramp administrasiyası bundan əvvəl Suriyaya qarşı sanksiyalar proqramının sona çatması çərçivəsində bir neçə rus şirkətinə də qarşı sanksiyaları ləğv etmişdi. 2025-ci il iyulun 1-də isə Suriyaya qarşı sanksiyaları tamamilə ləğv edən sərəncam qüvvəyə minib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta