sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hücumçu Nikolas Cekson karyerasını "Bavariya"da davam etdirəcək. Sport24.az xəbər verir ki, alman klubu 24 yaşlı futbolçunu "Çelsi"dən 16,5 milyon avroya icarəyə götürüb.
Müqaviləyə 65 milyon avroluq məcburi satınalma maddəsi daxildir. Sonradan satılacağı halda "Bavariya" əldə olunacaq qazancın 1 faizini London klubunun büdcəsinə köçürəcək. "Bavariya" seneqallının illik 8 milyon avro maaşını da öz üzərinə götürüb.
Qeyd edək ki, Cekson ötən mövsüm "Çelsi"nin heyətində İngiltərə Premyer Liqasında 30 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.