AZ

Qreta Tunberqin də qatıldığı Qəzza flotiliyası Barselonadan yola düşdü

Ajans.az BBC-ə istinadən xəbər verir ki,təxminən 20 gəmidən ibarət karvanda 350-dən çox fəal, o cümlədən iqlim dəyişikliyi üzrə tanınmış kampaniyaçı Qreta Tunberq iştirak edir. Gəmilər tibbi ləvazimat və qida məhsulları ilə yüklənib. Səfər əvvəlcə bazar günü planlaşdırılsa da, fırtınalı hava şəraiti səbəbindən təxirə salınmışdı. Təşkilatçılar bildirirlər ki, missiyanın əsas məqsədi “İsrailin Qəzzadakı qeyri-qanuni mühasirəsini qırmaq” və humanitar dəhliz açmaqdır. Flotiliya iki mərhələdə həyata keçirilir – birinci dalğa Barselonadan, ikinci isə sentyabrın 4-də Tunisdən start götürəcək. Fəalların sözlərinə görə, gəmilər Aralıq dənizində birləşdikdən sonra Qəzzaya doğru yola davam edəcək və səyahət 7–8 gün çəkəcək. İsrail hakimiyyəti bu təşəbbüsü real humanitar yardım aksiyası deyil, “reklam oyunu” kimi qiymətləndirib. Rəsmi Tel-Əvivin Qəzzaya yardım göndərmək cəhdlərini əvvəllər dəfələrlə dayandırdığı məlumdur. Xatırladaq ki, iyun ayında Tunberqin də daxil olduğu bir qrup fəal humanitar yardım aparan yaxta ilə Qəzzaya çatmaq istəyərkən İsrail qüvvələri tərəfindən saxlanılmış, fəallar isə deportasiya edilmişdi. 2010-cu ildə isə İsrail komandoları Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücum edərək 10 nəfəri öldürmüşdü.

 

Seçilən
27
Ajans.az

1Mənbələr