“Lənkəran" basketbol klubunu yeni mövsümdə çalışdıracaq baş məşçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubdan bildirilib.
Komandanın sükanı arxasında ötən il olduğu kimi belaruslu mütəxəssis Georgi Kondruseviç olacaq. Ona Orxan Abbasov kömək edəcək. Abbasov məşqçilik ilə yanaşı həm də parketdə klubun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Kondruseviçin rəhbərliyi altında "Lənkəran" ötən mövsümün mübarizə apardığı müntəzəm çempionatın B qrupunda 6-cı olub. Komanda 4 pley-in mərhələsində "Gəncə" ilə qarşılaşıb. Hər 2 matçda məğlub olan cənub təmsilçisi nübarizəni pley-ində tamamlayıb.