AZ

Neft Fondu 110 min xərcləyəcək

Azərbaycan Respublikası Neft Fondu Təhlükəsizlik divarının (Palo Alto Networks NGWF) lisenziyasının və texniki dəstək xidmətinin 1(bir) il müddətinə uzadılmasına (79 987 AZN), çəngəlli yük qaldırıcısı üçün adapter və akkumlyatorun alınmasına (29 854 AZN) 110 min manat xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidmətləri “Farah İnnovations” MMC və “Strom-Engineering” MMC həyata keçirəcəklər.

 

Fond şirkətlərlə müqavilə bağlayıb.

 

Cabir

Tarix: 2 Sentyabr 2025, 10:49   
Seçilən
45
pravda.az

1Mənbələr