AZ

Juninyo geri qayıtdı? - “Qarabağ”dan rəsmi açıqlama

Mediada “Qarabağ” FK-nın “Flamenqo”ya satdığı hücumçu Olavio Juninyonu geri qaytardığı barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab verən klubun mətbuat katibi Anar Hacıyev bildirib ki, hazırda rəsmi təsdiqlənmiş heç bir məlumat yoxdur.

“Bu istiqamətdə hər hansı bir addım olarsa, gün ərzində ictimaiyyətə açıqlanacaq. Hələ ki, bu barədə hər hansı məlumat yoxdur. Juninyo və ya digər futbolçularla bağlı hər hansı transfer reallaşacağı təqdirdə, bu barədə ictimaiyyətə rəsmi açıqlama veriləcək”, - o vurğulayıb.
Seçilən
13
1
sherg.az

2Mənbələr