“İnvestorlar onu inflyasiyadan müdafiə vasitəsi və ümumi makroiqtisadi qeyri-müəyyənliyə qarşı alət kimi gördükləri üçün qızıl külçəyə tələbat artıb.Trampın ABŞ-nin Federal Ehtiyat Sisteminin (FES) sədri Cey Pauellə təzyiqlərindən və qurumun İdarə Şurasının üzvü Liza Kukun devrilməsinə kömək etməsindən sonraFES-inmüstəqilliyi ilə bağlı artan narahatlıqlar, eləcə də faiz dərəcələrinin endirilməsi fonundakı gözləntilər qiymətlərdə son artımı şərtləndirib”,- analitiklər bildirirlər.
![]() |
Qızıl bazarı hansı sürprizi hazırlayır? |
Daha əvvəl isə, “UBS Global Wealth Management” agentliyinin qızıl bazarı ilə bağlı dərc etdiyi proqnozda qiymətli metalın qiymətinin bu ilin sonuna kimi bir troya unsiyası üçün 3500 dollara çata biləcəyi vurğulanırdı.
Dünya Qızıl Şurasının məlumatına görə, keçən il Hindistan, Çin, Türkiyə və Polşa qiymətli metalın əsas alıcıları olublar.
Yeri gəlmişkən, qızıla tələbatın sürətlə artması kölgə bazarında da canlanma yaradır. Belə ki, təxminən 10 gün əvvəl “Financial Times” qəzeti son on ildə qızılın qiymətinin sürətlə artması fonunda cinayətkarlarınqanunsuz mədən hasilatı və qaçaqmalçılığı artıraraq külli miqdarda pul qazandıqlarını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az