AZ

Emin Ağalarov Rusiyada ard-arda konsert verəcək

Tanınmış müğənni və iş adamı Emin Ağalarov yaxın günlərdə Rusiyanın bir sıra şəhərlərində konsert proqramları ilə çıxış edəcək.
Emin bu barədə öz instaqram hesabında paylaşım edib. Müğənni bildirib ki, yeni musiqi mövsümünə start noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində keçiriləcək konsertlə veriləcək.
Onun Rusiyada təşkil edəcəyi növbəti konsertlər isə belədir: noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod və dekabrın 2-də Moskva. Emin həmçinin qeyd edib ki, dekabrın 6-da Bakıda səhnəyə çıxacaq.
Qeyd edək ki, Emin əvvəlki dönəmlərdə Rusiya və Azərbaycan arasında gərginliklər səbəbindən iyunun əvvəlində Kalininqrad vilayətinin Svetloqorsk şəhərində keçiriləcək konsertini təxirə salmışdı. Müğənninin instaqram səhifəsində yayımlanan posterə əsasən, iyulun 6-na planlaşdırılan konsert 5 iyul 2026-cı ilə təxirə salınıb.

Seçilən
73
1
onn.az

2Mənbələr