Olaylar.az xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatına görə, Rusiya çox güman ki, bu videonun yayımlanmasını prezident Vladimir Putinin ŞƏT sammitindəki çıxışı ilə eyni vaxta salıb.
Analitiklər bunu Putinin Ukraynada hakimiyyət dəyişikliyi tələblərinin legitimliyi illüziyasını yaratmaq cəhdi kimi qiymətləndirirlər.
Videoda Yanukoviç iddia edir ki, prezidentliyi dövründə Ukraynanı Aİ-yə yaxınlaşdırmağa çalışıb və əsas məqsədi ölkəni Avropa İttifaqına daxil etmək olub. O, avropalı tərəfdaşları "uyğun olmayan" davranışda ittiham edib və Aİ-ni Ukraynanın mürəkkəb iqtisadi vəziyyətini anlamamaqda qınayıb. Qeyd edək ki, Yanukoviç sonuncu dəfə 2022-ci ilin iyulunda ukraynalıları Rusiyaya təslim olmağa çağırıb.
ISW analitikləri hesab edir ki, bu addımlar Kremlin Ukraynanın qanuni prezidenti Volodimir Zelenskinin deyil, Yanukoviçin lider olması tezisini önə çıxarmaq cəhdini əks etdirə bilər. Lakin institut vurğulayır ki, bu bəyanatlar həqiqətə uyğun deyil. Viktor Yanukoviç 2014-cü ildən sonra ölkəni tərk edib və Ukrayna bundan sonra demokratik seçkilərlə öz trayektoriyasını təsdiqləyib.