Futbol üzrə Azərbaycan milli komandasının İslandiyaya səfəri bu gün başlayır.
News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 5-də İslandiya milli komandasına qarşı keçirəcək. Baş məşqçi Fernandu Santuş səfərin uzun çəkəcəyindən Reykyavikə daha tez yollanmaq qərarına gəlib.
Qeyd edək ki, milli komandamız sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə üz-üzə gələcək.
Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilir.