Türkiyənin məşhur aktrisalarından Burcu Binici gözlənilməz hadisə ilə gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 39 yaşlı aktrisa qonaq olduğu televiziya proqramının canlı yayımı zamanı qəfildən özünü pis hiss edərək huşunu itirib. "Doktor Bana Bir Çare" adlı teatr tamaşası haqqında danışarkən oturduğu yerdə halı pisləşən Binici daha sonra yerə yıxılıb.
Proqramın aparıcısı Melis Hazal Karagöz dərhal reaksiyaya verərək yayının kəsilməsini istəyib.
Hadisədən sonra Burcu Binici sosial media hesabında paylaşım edərək doğuşdan ürək ritm pozğunluğu olduğunu açıqlayıb:
"Canlı yayımda qısa müddətli bayılma keçirdim. Təcili yardım əməkdaşları ilkin yardım göstərdi. Hazırda vəziyyətim yaxşıdır, narahat olmayın".