Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi və Hərbi Dəniz qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev aif.ru saytına müsahibəsində belə deyib. “Nüvə silahlarının çatdırılması sistemlərinə gəlincə, Yaponiyanın raket potensialı kifayət qədər ciddidir. Bunun üçün Yaponiyanın kosmik tədqiqatlardakı uğurlarını xatırlamaq kifayətdir”, - rusiyalı məmur vurğulayıb. Xatırladaq ki, avqust ayında “Reuters” agentliyi Yaponiya və Cənubi Koreyanın ABŞ prezidenti Donald Trampın siyasəti fonunda öz nüvə silahlarını yaratmağı düşündüklərini yazmışdı. - “Respublikaçı”nın hakimiyyətə gəlişindən sonra Avropa “ayılıb” və artıq Amerikaya o qədər də arxalana bilməyəcəyini və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu başa düşüb”, - Yaponiya parlamentinin üzvü Rui Matsukava bununla bildirib. Onun sözlərinə görə, belə yanaşam Yaponiya üçün də “ədalətli” olardı. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.