İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli "Komo"nu tərk edib.
Operativ Media xəbər verir ki, İtaliya klubu 29 yaşlı ingilislə müqaviləyə xitam verib.
Alli 2025-ci ilin yanvarında "Komo"ya qoşulub. O, bir oyun keçirib, doqquz dəqiqə oynadıqdan sonra qırmızı vərəqə alıb.
Yarımmüdafiəçi daha əvvəl "Everton", "Beşiktaş" və "Tottenhem"də çıxış edib. Onun İngiltərə millisində 37 oyunda 3 qolu var.