AZ

Kanadalı professor Diaspor Komitəsində olub

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov Kanadanın Riyazi Elmlərin Araşdırılması üzrəFields İnstitutunun direktoru professor Deirdre Haskelləgörüşüb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Qonağı səmimi salamlayan komitə sədri Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasəti barədədanışıb, xaricdə yaşayan azərbaycanlıların vahid diasporşəbəkəsinin yaradılması ideyası haqqında məlumat verib.

Görüşdə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilənForumu, azərbaycanlı elm adamlarının nüfuzlu xarici araşdırmamərkəzləri və ali təhsil ocaqları ilə əməkdaşlıqları, buəməkdaşlıqlar çərçivəsində aparılan birgə elmi tədqiqatlar,konfranslar, təlimlər barədə geniş məlumat verilib. Qeyd olunub ki,hazırda dünyaca məşhur ali məktəblərdə, elmi araşdırmamərkəzlərində yüzlərlə azərbaycanlı alim çalışır, onlarınixtiraları bir çox yerlərdə tətbiq olunur. Azərbaycan dövlətixaricdəki alimlərin fəaliyyətlərini hər zaman diqqətdə saxlayır,ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə xüsusi önəm verir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Deirdre HaskellAzərbaycana ilk dəfə gəldiyini və ilk səfərin onda xoş təəssüratlaryaratdığını xüsusi qeyd edib. Kanadalı professor bildirib ki,azərbaycanlı alimlərin uğurları və ölkəmizdə beynəlxalqstandartlara uyğun kadrların hazırlanması barədə məlumatlıdır,alimlər arasında elmi mübadilənin genişlənməsinə də böyük maraqgöstərir.

Komitə sədri Fuad Muradov Fields İnstitunun icra etdiyilayihələrə Azərbaycan diasporundan riyaziyyatçı alimlərin cəlbolunmasının vacibliyini vurğulayıb, komitənin həmin layihələrəqanunvericilik çərçivəsində hər hansı dəstəyin göstərilməsiistiqamətində imkanlarını qonağın diqqətinə çatdırıb.

Qonaq həmçinin, əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlıADA Universitetində olduğunu diqqətə çatdırıb, burada tələbələr vəalimlər üçün yaradılan şərait barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, Fields İnstitutunun ömürlük mükafatına layiqgörülmuş ilk azərbaycanlı alim Məsud Əfəndiyev bir neçə ildir ki,komitə ilə adıçəkilən institut arasında əlaqələrin yaradılması vəinkişaf etdirilməsində yaxından iştirak edir. Görüşdə elmiəməkdaşlıqların vacibliyini diqqət mərkəzinə gətirən MəsudƏfəndiyev dünyanın müxtəlif ölkələrinin elmi ictimaiyyəti iləxaricdəki azərbaycanlı alimlərin əlaqələrin yaranmasında vəintensivliyində Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi roloynadığını vurğulayıb.

Seçilən
98
5
az.trend.az

6Mənbələr