AZ

Fransada dövlət qulluqçuları üçün WhatsApp və Telegram qadağan edil7b

Fransız dövlət qulluqçuları üçün yalnız dövlət mesajlaşma xidməti Tchapdan istifadə məcburi olub...

Poliqon xəbər verir ki, Fransada dövlət qulluqçularının WhatsApp, Telegram və digər xarici mesajlaşma tətbiqlərindən istifadə etməsi qadağan edilib. Qanunu pozan şəxslərə cərimə tətbiq olunacağı bildirilir.

Qərarın əsas səbəbi təhlükəsizlik məsələləri ilə bağlıdır. Fransız hökuməti hesab edir ki, populyar mesajlaşma tətbiqləri digər ölkələrin təhlükəsizlik və kəşfiyyat strukturları ilə əlaqəli ola bilər və dövlət sirrlərinin yayılmasına səbəb ola bilər. Bu səbəbdən dövlət əməkdaşlarının yalnız Tchap platformasından istifadə etməsi məcburi hesab edilir.

Əlavə olaraq, Tchap tətbiqi şifrələnmiş ünsiyyət təmin edir və yalnız Fransanın dövlət serverləri üzərindən fəaliyyət göstərir ki, bu da məlumatların xarici təsirlərdən qorunmasını təmin edir.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr