AZ

Kənddə dəhşət: 1000 sakindən cəmi 1 i sağ qaldı

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Sudanın qərbində yerləşən Marra Dağları bölgəsində baş verən böyük torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. 

"Cebheinfo.az" xəbər verir ki, Sudan Azadlıq Hərəkatı/Ordusu (SLM) hadisədə ən azı 1000 nəfərin həyatını itirdiyini və yalnız bir nəfərin sağ qaldığını açıqlayıb.

SLM lideri Əbdülvahid Nurun verdiyi məlumata görə, 31 avqustda güclü yağışlardan sonra baş verən sürüşmə kəndi yerlə yeksan edib.

“İlkin məlumatlara görə, kəndin bütün sakinləri həyatını itirib, yalnız bir nəfər sağ qalıb” ifadəsi işlədilib.

Hərəkat aralarında qadın və uşaqların da olduğu qurbanların cəsədlərinin çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq yardım təşkilatlarına çağırış edib. SLM kəndin “tamamilə məhv olduğunu” bildirib.

Qeyd edək ki, bölgədəki zorakılıq beynəlxalq yardımın çatdırılmasını ciddi şəkildə çətinləşdirir.

Darfurun ordu tərəfdarı olan valisi Minni Minnavi sürüşməni “bölgənin sərhədlərini aşan humanitar faciə” adlandıraraq beynəlxalq təşkilatlara təcili yardım çağırışı edib.

SLM həmçinin Marra Dağları ətrafına sığınan mülki şəxslərin qida və dərmanlara çıxışının kifayət qədər olmadığını bildirərək dəstək tələb edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr