AZ

Araz Bağırovun "Difai"yə gətirdiyi daha bir futbolçu komandanı tərk etdi

I Liqa təmsilçisi "Difai"ni 2 futbolçunun - Bəhram Köçərli və İbrahim Hacının tərk etdiyini xəbər vermişdik. Sabiq baş məşqçi Araz Bağırovun "fədailər"ə cəlb etdiyi daha bir futbolçu komandanı tərk edib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Zirə"dən cəlb olunan hücumçu Şahmar Aşurov bölgə təmsilçisindən ayrılıb. 

"Qartallar"ın əvəzedici komandasının 21 yaşlı oyunçusu 1-ci Liqa klubunun düşərgəsinə ötən ay qoşulmuşdu. 

Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb.

Mirağa

Seçilən
9
fanat.az

1Mənbələr