AZ

ABŞ Avropanın Ukraynaya qoşun yeritmək istəmədiyini bildirdi

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Avropa NATO müttəfiqləri öz qoşunlarının Ukraynada yerləşdirilməsini istəmirlər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

“Avropa əsgər yerləşdirə bilər, lakin heç kim bunu etmək istəmir, bu, indi olduğumuz yer baxımından məyusedicidir”,- o vurğulayıb.

Uitaker qeyd edib ki, Avropanın davam edən münaqişəni dayandırmaq üçün siyasi iradəsi yoxdur.

Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski bəyan etmişdi ki, Ukrayna üçün təhlükəsizlik təminatlarının əsas komponentlərindən biri  Avropa İttifaqına qoşulmaqdır.

O, həmçinin bildirib ki, sentyabrın 4-də qondarma “istəklilər koalisiyası”nın növbəti iclası keçiriləcək və burada Ukrayna üçün təhlükəsizliyin təmin edilməsi üçün hazırlanmış məqamlar müzakirə olunacaq. Zelenski

Aminə Şahsuvarqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
2
redaktor.az

2Mənbələr