AZ

“Bayer” Bundesliqada rekord müəyyənləşdirib

“Bayer” bir transfer pəncərəsində futbolçuların keçidinə xərclənən vəsait baxımından Bundesliqada yeni rekord müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, Leverkuzen klubu yeni oyunçuların transferinə 198 milyon avro xərcləyib. Bu göstərici artıq liqa tarixinin rekordudur.

Klubun ən bahalı beş transfer arasında bu futbolçular yer alır: Malik Tillman və Carell Kuansa (hər biri 35 milyon avro), Eless Ben-Sehir (32 milyon avro), həmçinin İqnasio Fernandes və Loik Bade (hər biri 25 milyon avro).

Bundan əvvəlki rekord "Leypsiq"ə məxsus idi - 2023/24 mövsümündə 187 milyon avro.

Qeyd edək ki, buna baxmayaraq, 2 turdan sonra 1 xalla Bundesliqada 12-ci pillədə qərarlaşan "Bayer" baş məşqçisi Erik ten Haqla yollarını ayırıb. 55 yaşlı niderlandlı mütəxəssis iyulun 1-dən komandanı çalışdırırdı.

İdman.biz

Məqalədə:
Seçilən
22
idman.biz

1Mənbələr