AZ

İlkin Qırtımovun yeni iş yeri bəllidir

Bu yay "Kəpəz"dən ayrılan müdafiəçi İlkin Qırtımovun yeni iş yeri bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə adı "Mingəçevir"lə yanaşı çəkilən təcrübəli futbolçu yeni mövsümə digər 1-ci Liqa komandasında başlamağa yaxındır.

İlkin hazırda "Zaqatala"nın düşərgəsindədir. Komandanın məşqlərində iştirak edən arxa xətt oyunçusu ilə yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir. 

Xatırladaq ki, "Kəpəz" ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni 32 xalla 9-cu yerdə başa vurub. "Zaqatala" isə 1-ci Liqada 34 xal toplayaraq 5-ci olub.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr