"Lənkəran" basketbol klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda belarusiyalı mütəxəssis Georgi Kondruseviçlə yola davam edəcək.
Orxan Abbasov köməkçi məşqçi olacaq. O, həmçinin oyunçu kimi də komandasına köməklik edəcək.
Qeyd edək ki, Kondruseviçin rəhbərliyi altında "Lənkəran" ötən mövsümün mübarizə apardığı müntəzəm çempionatın B qrupunda 6-cı olub. Komanda 4 pley-in mərhələsində "Gəncə" ilə qarşılaşıb. Hər 2 matçda məğlub olan cənub təmsilçisi nübarizəni pley-ində tamamlayıb.
“Quba” baş məşqçisi ilə yeni müqavilə imzalayıb
“Sumqayıt”da yeni müqavilə
Millimiz final mərhələsində
“Sabah” Litva klubunu məğlub edib
Millimiz Şimali Makedoniyaya məğlub olub