AZ

Özəl qatarla liderərlərin məkanına getdi

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şimali Koreya lideri Kim Çen In sentyabrın 1-də özəl qatarla Pekinə gedib.

“Cebheinfo.az” xəbər verir ki, bunu Cənubi Koreya mediası “Yonhap” yazıb.

Xatırladaq ki, Kim Çen In Çində Yaponiyanın təslim olmasının və İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Kremlin mətbuat katibi Dmitri Peskovun daha əvvəl bildirdiyi kimi, nümayəndə heyətləri Koreya lideri çərşənbə axşamı axşam Pekinə gəldikdən sonra Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında görüş ehtimalını müzakirə edə biləcəklər:

"Fakt budur ki, Kim Çen In yalnız bu gün axşam Pekinə gedir. O, gedəndən sonra qrafikləri nəzərə almaqla liderlərin görüşünün mümkünlüyünü nümayəndə heyəti ilə birbaşa müzakirə etmək imkanı artıq olacaq”. 

Xəzər

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr