AZ

Suriya 14 ildən sonra neft ixrac etdi

Bazar ertəsi Suriya bir ticarət firması ilə razılaşma əsasında Tartus limanından 600 min barrel ağır xam neft ixrac edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Suriya enerji şirkətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, bu, son 14 ildə Suriya neftinin ilk məlum rəsmi ixracatıdır.

Qeyd edək ki, Suriya 2010-cu ildə, ölkənin iqtisadiyyatını və infrastrukturunu, o cümlədən xam hasilatı məhv edən təxminən 14 illik müharibənin başlamasından bir il əvvəl gündə 380 min barrel neft ixrac edib.

Seçilən
21
1
axar.az

2Mənbələr