BAKI, 2 sentyabr. TELEQRAF
“NATO demək olar ki, bütün postsovet məkanını öz nəzarəti altına almağa çalışdı, Rusiya buna reaksiya verməyə məcbur oldu”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Slovakiya Baş naziri Robert Fitso ilə görüşündə deyib.
O iddia edib ki, Rusiyanın əsas məqsədi öz maraqlarını qorumaqdır.
“Medalın digər üzü NATO-nun demək olar ki, bütün postsovet məkanını udmağa cəhd etməsidir. Buna reaksiya verməyə məcbur olduq”, - Putin qeyd edib.