ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çində rəsmi qəbul mərasimində iştirak ediblər.
"AzPolitika" xəbər verir ki, mərasim zamanı maraqlı bir an yaşanıb.
Belə ki, Paşinyan və Akopyan Çin Sədri Si Cinpin və onun həyat yoldaşı ilə görüş zalına daxil olarkən arxa fonda Azərbaycan musiqisi səsləndirilib. Bu ifa Rəşid Behbudovun tanınmış mahnılarından bir olub.
Musiqi səsləndirildikdən yalnız bir neçə saniyə sonra dayandırılıb. Bu hadisə sosial şəbəkələrin Azərbaycan seqmentində maraqla qarşılanıb. Bi çoxları musiqinin zalda səslənməsini təsadüfi saymayaraq, onu simvolik bir mesaj kimi qiymətləndiriblər.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.