AZ

Putin: "Kiyevin Aİ-yə üzvlüyünə etirazımız yoxdur"

BusözləriRusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşərkən söyləyib. O diqqətə çatdırıb ki, rəsmi Moskva Ukraynanın sözügedən ittifaqa qəbuluna heç vaxt etiraz bildirməyib.

"NATO-ya gəlincə, bu tamamilə başqa məsələdir.Söhbət Rusiya Federasiyasının təhlükəsizliyindən gedir",– Rusiya lideri vurğulayıb.

Eyni zamanda, Robert Fitso da Vladimir Putinin fikirləri ilə razılaşaraqsöyləyib ki,Ukraynanın NATO-ya üzvlüyü yolverilməzdir.

"Ukraynanın Aİ-yə üzvlüyü isə vacib addımdır",– deyən hökumət başçısı cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu məsələyə dair müzakirə aparacağını bildirib.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr