ain.az bildirir, Azvision saytına əsaslanaraq.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşərkən söyləyib. O diqqətə çatdırıb ki, rəsmi Moskva Ukraynanın sözügedən ittifaqa qəbuluna heç vaxt etiraz bildirməyib. "NATO-ya gəlincə, bu tamamilə başqa məsələdir. Söhbət Rusiya Federasiyasının təhlükəsizliyindən gedir", – Rusiya lideri vurğulayıb. Eyni zamanda, Robert Fitso da Vladimir Putinin fikirləri ilə razılaşaraq söyləyib ki, Ukraynanın NATO-ya üzvlüyü yolverilməzdir. "Ukraynanın Aİ-yə üzvlüyü isə vacib addımdır", – deyən hökumət başçısı cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu məsələyə dair müzakirə aparacağını bildirib. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.