Sabiq Formula-1 pilotu Tarso Markes San-Pauluda həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Məlumata görə, o, dəbdəbəli avtomobildən qanunsuz istifadə etməkdə şübhəli bilinir. Polis bildirib ki, 49 yaşlı braziliyalı nömrəsiz “Lamborghini” idarə edib.
Yoxlama zamanı avtomobilin 240 min dollarlıq borcla əlaqəli olduğu üzə çıxıb.
Markes Formula-1-də 1996–1997 və 2001-ci illərdə çıxış edib.