AZ

Putindən bəhs edən "Kreml sehrbazı" filmi böyük maraq doğurub - Fotolar

Putindən

Fransız kinorejissor Olivye Assayasın yeni lentə aldığı, Rusiya prezidenti Vladimir Putinin həyatından və siyasi karyerasından bəhs edən "Kreml sehrbazı" adlı film Venesiya Kino Festivalında nümayiş zamanı böyük maraqla qarşılanıb. Vladimir Putininhakimiyyətə gəlişini bədii yozumlarla əks etdirən bu ekran əsəri baxışdan sonra 11 dəqiqə 42 saniyə davam edən alqışlarla yola salınıb.

Reyting.az
xəbər verir ki, baş rollarda Cud Lou və Pol Dano çəkilib. Filmin təqdimatında Assayas, Cud Lou və Pol Dano, həmçinin əsas qadın obrazını canlandıran Alişa Vikander iştirak edib. Onların səhnəyə gəlişi kino-festivalın film nümayişi zalında müsbət əhval-ruhiyyə yaradıb.



Siyasi trillerin əsası publisist Culiano Da Empolinin eyniadlı romanıdır. Bu əsəri rejissor Assayas yazıçı Emmanuel Karrerlə birlikdə ssenariyə uyğunlaşdırıb. Romanda V. Putinin siyasi yüksəlişində onun real müşaviri, texnoloqu Vladislav Surkovun təsirindən bəhs olunur.

Surkov əsərdə və bu yeni filmdə Vadim Baranov obrazının prototipidir. Baranov obrazını Pol Dano, həyat yoldaşı Kseniya obrazını isə Alişa Vikander canlandırıb. Aktyorlar heyətində həmçinin Uill Kin, Ceffri Rayt və Tom Sterric də yer alıb.

Vladimir Putin rolunun ifaçısı məşhur aktyor Cud Lou deyib ki, o, həm də bu obrazın üzərində işləyən zaman cüdonun əsaslarını öyrənib, eyni zamanda, Rusiya prezidentinin arxiv materiallarını izləyib.



Mətbuat konfransında Louya ünvanlanan "Rusiyanın liderini oynamaq sizdə qorxu yaratmadımı?" sualına isə baş rol ifaçısı belə cavab verib:

"Düzünü desəm, qorxmadım. Olivye, həm də filmin ssenarisi məndə inam yaratdı ki, bu kino hekayə peşəkarcasına, detallara diqqətlə təqdim olunacaq. Biz məqsəd qoymamışdıq ki, süni şəkildə ziddiyyətlər axtaraq. Mənim üçün əsas məqam ondan ibarət idi ki, bu obrazın gerçək həyatda daha geniş hekayəsi var. Biz kiməsə etiket yapışdırmağa çalışmırdıq".

Oqtay QORÇU
Seçilən
118
1
reyting.az

2Mənbələr