AZ

Avropa İttifaqından Putinlə görüşən baş nazirə təpki

BAKI, 2 sentyabr. TELEQRAF

Avropa Komissiyası Slovakiya Baş naziri Robert Fitso ilə Rusiya Prezidenti Vladimir Putinin Çində bugünkü görüşünü şərh etmir və onun bu danışıqlarda Avropa İttifaqının maraqlarını təmsil etmədiyini bildirir.

Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Anitta Hipper deyib.

“Xeyr, biz bu görüşdə təmsil olunmuruq”, - sözçü qeyd edib.

Xatırladaq ki, Slovakiya baş naziri bu gün Pekində Rusiya lideri lideri ilə Ukrayna məsələsini müzakirə etmək üçün görüşüb. O Putinə bildirib ki, Slovakiya Ukraynanın “Drujba” neft kəmərinə hücumlarına çox sərt reaksiya verir və bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə qaldırmağı planlaşdırır.

Fitso onu da bildirib ki, Bratislava Kiyevin Avropa İttifaqına üzvlüyünü qəbul edir, amma onun NATO-ya qəbulu ilə razılaşmayacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr