AZ

Ərdoğan: Əliyev bu məsələdə tam arxayındır

BAKI, 2 sentyabr. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi məsələsində tam arxayındır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İnanıram ki, Cənubi Qafqaz, İnşallah, arzuladığı sülhə qovuşacaq. Mən o ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm. Ağ Evdə imzalanan razılaşmalar Ermənistan və Azərbaycan arasında normallaşma prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda maneələri əhəmiyyətli dərəcədə dəf edib və son mərhələyə çatıblar.

Azərbaycan Prezidenti İlham Əliyevlə, sonra Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüm oldu. Hər iki görüşdə də gördüm ki, Əliyev də, Paşinyan da eyni mövqedədir. Eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsi ilə bağlı heç bir problem və ya fikir ayrılığı yoxdur. İlham bəy bu məsələdə daha arxayındır”, - Ərdoğan bildirib.

Seçilən
0
teleqraf.com

1Mənbələr