AZ

PSJ forvardını icarəyə verdi - Premyer Liqa klubuna

Randal Kolo-Muani bu mövsümü İngiltərə Premyer Liqasında keçirəcək.

Sportinfo.az xəbər verir ki, "Tottenhem" hücumçunu PSJ-dən icarəyə götürdüyünü açıqlayıb.

Fransız oyunçu London klubunda 39 nömrəli forma ilə çıxış edəcək.

Bildirilir ki, Paris klubu Kolo-Muaninin icarəsi üçün London klubundan 5 milyon avro alacaq.

Ötən mövsümün ikinci yarısını Kolo-Muani "Yuventus"da keçirib və 16 matçda 8 qol vurub.

Seçilən
14
sportinfo.az

1Mənbələr