AZ

Türkiyə Prezidenti: Ukraynada müharibəni ancaq bu yolla bitirmək olar

BAKI, 2 sentyabr. TELEQRAF

“Ukrayna-Rusiya müharibəsinə yalnız sülh yönümlü dialoq son qoya bilər”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ukrayna-Rusiya müharibəsində iştirak edən tərəflərlə, xüsusən də cənab Trampla görüşlər keçirmişik. Cənab Putin, cənab Zelenski və Avropa liderləri ilə daimi təmasdayıq. Xarici işlər naziri və kəşfiyyat rəhbəri həmkarları ilə lazımi görüşlər keçirirlər. Bu görüşlər bu prosesi davamlı olaraq sürətləndirir”, - dövlət başçısı vurğulayıb.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Ukrayna ilə bağlı danışıqların səviyyəsini tədricən yüksəltməyə çalışır.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr