AZ

"Laçınım" mahnısının müəllifi nazirlikdən GİLEYLƏNDİ: "Bir dəfə də tədbirlərə çağırmayıblar, sayan yoxdur ki..." - FOTO

"Laçınla, Məhəbbət Kazımovla bağlı tədbirlərdə heç vaxt məni yada salmayıblar. Heç yadlarına düşməyib ki, bu sözləri yazan bir insan var axı.. Mahnı səslənəndə adım çəkilir, yazılır amma heç vaxt yada düşmürəm. Bu mənə çox pis təsir edir. Hörmətlə yanaşmaq başqa şeydir. Hamı çıxır deyir ki, mahnını oxuyan sağ olsun, amma deyən yoxdur ki, bu mahnının sözlərini kim yazıb?" Bunu Medianews.az-a açıqlamasında "Laçınım" mahnısının söz yazarı Osman Alıoğlu deyib.


O daha sonra əlavə edərək vurğulayıb:
"Bir neçə gün öncə Laçın şəhəri günü qeyd olundu. Bu dəfə də məni yada salan olmadı. Artıq bir neçə ildir tədbir keçirilir və heç vaxt dəvət olunmuram. Çox pis oldum, "Laçınım" mahnısı ifa olunur, adım çəkilir və mən bunlara kənardan yox, televiziya vasitəsilə müşahidə edirəm. Bir müəllif üçün bundan ağrılı bir hal ola bilməz. Məlumatım var ki, dövlət tədbirlərinin musiqi tərəfini Mədəniyyət Nazirliyi təşkil edir. Sizin vasitənizlə Mədəniyyət Naziri, şəxsən cənab Adil Kərimliyə müraciət edərək bildiririrəm ki, mənim də o torpaqlarda keçirilən mədəni tərbirlərdə iştirak etmək haqqım və hüququm var. Mən vətənim üçün təmənnasız çalışmışam. Heç bir zaman kimdənsə pul gözləntim olmayıb. Mahnımı təkcə Məhəbbət Kazımov yox, bir çoxları oxuyub. Həmin müğənnilər özləri başa düşməli idilər ki, bu sözlər necə əziyyətlə yazılıb. Nə onlar mənə nəsə veriblər, nə də mən gözləmişəm" deyə Osman Alıoğlu bildirib.



Seçilən
145
yenilik.az

1Mənbələr