“Arsenal” ukraynalı futbolçu Aleksandr Zinçenkonu icarəyə verib.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Premyer Liqanın digər təmsilçisi “Nottingem Forest”in formasını geyinəcək. Bu barədə hər iki klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Xatırladaq ki, Ukrayna millisinin üzvü 2022-ci ildən “Arsenal”da çıxış edir.