Dünyaca məşhur amerikalı müğənni və aktrisa Selena Gomez, nişanlısı – musiqi prodüseri Benny Blanco ilə romantik tətil kadrlarını sosial media hesabında paylaşıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün göl kənarında baş-başa keçirdiyi anlar pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.
Paylaşılan şəkillərdə onların kiçik qayıq gəzintisinə çıxdığı, taxta iskələdə vaxt keçirdiyi və şam ağacları arasında tonqal başında istirahət etdiyi əks olunub. Gomez fotolarına "Göl həyatı" qeydi əlavə edib, Blanco ilə səmimi pozaları isə diqqət çəkib.
Məlumatlara görə, Selena Gomez və Benny Blanco yaxın zamanda evlənməyə hazırlaşır. 2023-cü ildə sevgili olan cütlüyün sentyabr ayında nikah masasına oturacağı iddia edilir.
Məşhur ulduzun sevgi həyatı tez-tez gündəmə gəlir. Bir vaxtlar dünyaca tanınan müğənni Justin Bieber ilə yaşadığı münasibət uzun illər boyu mediada səs-küyə səbəb olmuşdu.
Ayrılıq və barışıqla dolu münasibətdən sonra yollarını tam ayıran Gomez, xoşbəxtliyi Blanco-da tapıb. Bir müddət əvvəl yaxın dostları ilə subaylığa vida mərasimi keçirən Gomez, indi isə nişanlısı ilə göl kənarındakı romantik tətili ilə diqqətləri üzərinə çəkib.