AZ

"Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinə başlanılıb - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinin icrasına başlanılıb.

QHT.az xəbər verir ki, layihə çərçivəsində dünən – 1 sentyabr tarixində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət 20 nəfərlik heyətin ölkəmizə səfəri başlayıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanan heyət öncəliklə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisini ziyarət edərək Agentlik rəhbərliyi ilə görüşdə iştirak ediblər. Agentliyin İcraçı direktoru Aygün Əliyeva Türkiyə şəhid ailələrini ölkəmizdə görməkdən qürur duyduqlarını bildirib və bu layihənin iki qardaş ölkənin ortaq milli-mədəni dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyətə sahib olduğunu vurğulayıb.

Daha sonra qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanı və "Türk şəhidliyi" abidəsini də ziyarət edən nümayəndə heyəti Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizi dərin ehtiramla yad ediblər.

Günün sonunda Türkiyə nümayəndə heyəti üçün Bakı şəhərinin mərkəzinə gəzinti təşkil olunub. Gəzinti zamanı qonaqlar Dənizkənarı Bulvar, Dağüstü park və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.

Qeyd edək ki, 1-5 sentyabr 2025-ci il tarixlərində həyata keçiriləcək bu layihənin əsas məqsədi iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin – ortaq milli-mədəni dəyərlərini təbliğ etmək, həmçinin şəhid ailələri və ictimaiyyət nümayəndələri arasında əməkdaşlıq və dostluq mühitini möhkəmləndirməkdən ibarətdir. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan eyniadlı layihəsi çərçivəsində ötən il Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, ictimaiyyət xadimləri və şəhid ailələrindən ibarət olan 20 nəfərlik heyət ölkəmizdə səfərdə olub. Bu layihənin davamı olaraq isə 2024-cü ilin iyul ayında orta və ali məktəblərdə təhsil alan 30 şəhid övladı üçün ŞKTR-da “Yay Məktəbi” təşkil olunub.

Seçilən
118
4
qht.az

6Mənbələr