ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Səfir öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin Liviya tərəfi ilə paylaşılmasında maraqlı olduğunu qeyd edib. Qonaq “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub. AzVision.az
Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.